AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda qazıntı işləri sürücülərə problem yaradıb – NƏ VAXT BİTƏCƏK?

  • + A
  • - A
  • Bu gün, 13:32

    Bakıda qazıntı işləri sürücülərə problem yaradıb – NƏ VAXT BİTƏCƏK?

    8 Noyabr prospektində aparılan qazıntı işləri paytaxtda nəqliyyatın hərəkətinə təsir edib. Xətai rayonu ərazisində, AFFA-nın qarşısında aparılan işlər yolda sıxlıq yaradıb.

    Məlumata görə, qazıntı işləri Keşlə Yağış Kollektorunun təmiri ilə əlaqədardır. Layihəni ADSEA-nın “İri Şəhərlərin Su Təchizatı” QSC həyata keçirir.

    Məsələ ilə bağlı QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, təmir işləri yaxın günlərdə başa çatacaq.

    Qurumdan qeyd olunub ki, tikinti-quruculuq işlərinin dəqiq başa çatma tarixini əvvəlcədən müəyyənləşdirmək mümkün olmur. Buna görə də yanlış gözlənti yaratmamaq üçün konkret tarix açıqlanmır. İşlərin müntəzəm davam etdirildiyi vurğulanıb.

    Təmir işləri 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR