AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"

  • + A
  • - A
  • Bu gün, 11:59

    Sahil Babayev: "Büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir"

    Azərbaycanın dövlət büdcəsinin cari xərclərinin tamamilə qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsi hədəflənir.

    Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.

    Onun sözlərinə görə, gələn il büdcənin cari xərclərinin qeyri-neft-qaz gəlirləri ilə örtülmə nisbətinin 90 %-ə çatacağı proqnozlaşdırılır. "2030-cu ilə, yəni ortamüddətli dövrün sonuna isə hədəfimiz bu göstəricini 100 %-ə çatdırmaqdır. Bu, büdcəsinin dayanıqlılığı baxımından əsas fiskal hədəflərimizdən biridir".

    "Gələn il icmal büdcədə qeyri-neft-qaz gəlirlərinin payı 64,5 % olacaq. Bu, cari illə müqayisədə 1,5 faiz bəndi çoxdur. 2030-cu il üçün hədəfimiz isə bu göstəricini 70 %-ə çatdırmaqdır. Bu da ciddi uğurdur. Artıq növbəti ildən dövlət və icmal büdcələrinin təqribən 2/3-si qeyri-neft-qaz gəlirləri hesabına təmin olunacaq. Növbəti dövrdə bu göstəricinin daha da artırılmasını planlaşdırırıq", - deyə nazir əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR