Türkiyənin İstanbul bölgəsinin Bahçelievlər rayonunda tikintinin bünövrə qazıntısı zamanı baş verən uçqun nəticəsində torpaq altında qalan iki nəfərdən biri ölüb.
Məlumatı "Haber Global" yayıb.
Bildirilib ki, onların axtarışı üç saat yarım sürüb.
Uçqun altında qalanlardan biri xilas edilib, digərinin isə cənazəsi çıxarılıb.
***
Türkiyənin İstanbul bölgəsinin Bahçelievlər rayonunda tikintinin bünövrə qazıntısı zamanı baş verən uçqun nəticəsində iki nəfər torpaq altında qalıb.
Məlumatı İHA yayıb.
Bildirilib ki, hadisə yerində axtarış-xilasetmə əməliyyat keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.