AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyədə Zəfər Günü ilə bağlı izdihamlı yürüş

  • + A
  • - A
  • Bu gün, 12:03

    Türkiyədə Zəfər Günü ilə bağlı izdihamlı yürüş

    Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənin altıncı ildönümü Türkiyənin Iğdır şəhərində qeyd olunub.

    Bu münasibətlə Iğdır Valiliyinin təşkilatçılığı ilə yürüş keçirilib. Tədbirdə iki minə yaxın insan iştirak edib.

    İştirakçılar arasında Iğdır valisi Fırat Taşolar, onun həyat yoldaşı Didem Taşolar, Azərbaycanın Qarsdakı baş konsulu Qoşqar Zeynalov, türkiyəli siyasətçilər və Azərbaycan vətəndaşları da olub.

    Yürüş zamanı Türkiyə və Azərbaycan bayraqları dalğalandırılıb, iki ölkənin dostluğunu və qardaşlığını ifadə edən şüarlar səsləndirilib.

    Vali Fırat Taşolar yürüşdən görüntüləri sosial şəbəkə hesablarında paylaşıb.

    Həmin görüntüləri təqdim edirik:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR