AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samvel Karapetyan 1 ay müddətinə həbs edildi

  • + A
  • - A
  • Bu gün, 12:28

    Samvel Karapetyan 1 ay müddətinə həbs edildi

    “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyan barəsində həbs qətimkan tədbiri seçilib.

    Ermənistan mətbuatının məlumatına görə, gecəboyu davam edən məhkəmə iclasında qərar bu gün səhər saatlarında elan olunub.

    Qeyd edək ki, noyabrın 4-də Samvel Karapetyanın və qardaşı oğlu, partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyanın evlərində axtarış aparılıb. Ermənistan İstintaq Komitəsi cinayət işi çərçivəsində eyni vaxtda 65 ünvanda axtarış keçirildiyini açıqlayıb.

    Bundan sonra Narek Karapetyan sosial şəbəkə hesabında əmisinin evində axtarışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

    Xatırladaq ki, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyan 2025-ci ilin iyununda da həbs olunub. O, konstitusiya quruluşunu devirməyə çağırış və iqtisadi cinayətlərdə ittiham edilib. Daha sonra ev dustaqlığına buraxılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR