AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-da sərnişin qatarı yük maşını ilə toqquşaraq relsdən çıxıb

  • + A
  • - A
  • Bu gün, 13:12

    ABŞ-da sərnişin qatarı yük maşını ilə toqquşaraq relsdən çıxıb



    ABŞ-ın Luiziana ştatının Lafayette şəhərində uzaq məsafəli sərnişin qatarı ağır yük maşını ilə toqquşub. Hadisə nəticəsində qatarın iki vaqonu relsdən çıxıb, dörd nəfər xəsarət alıb.

    Bu barədə regional KLFY telekanalı polisə istinadən məlumat yayıb.

    Hadisə bazar günü yerli vaxtla saat 18:05-də baş verib. Buldozer daşıyan yük maşını dəmir yolu keçidində nasazlıq səbəbindən dayanıb. Qatarın maşinisti təcili əyləc sistemini işə salsa da, toqquşmanın qarşısını almaq mümkün olmayıb.

    Qəza zamanı qatarda 100-dən az sərnişin olub. Toqquşmadan sonra qatarın ilk iki vaqonu relsdən çıxıb. Lakin KLFY onların lokomotiv, yoxsa sərnişin vaqonları olduğunu dəqiqləşdirməyib.

    Hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Onların vəziyyətinin ağır olmadığı və həyatları üçün təhlükə yaranmadığı bildirilir.

    Qeyd edək ki, qəza ABŞ-da noyabrın 26-da qeyd olunacaq Şükranlıq Günü bayramına dörd gün qalmış baş verib. Bu bayram ərəfəsində amerikalılar ənənəvi olaraq ailə üzvləri ilə bir araya gəlmək üçün ölkə daxilində səfərlərə çıxırlar.

    Bundan əlavə, aviaşirkətlərin və hava limanlarının fəaliyyətində yaranan çoxsaylı problemlər səbəbindən son günlər bəzi sərnişinlər dəmir yolu nəqliyyatına üstünlük verirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR