AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada etirazlar fonunda pirotexniki vasitələrin satışına qoyulan qadağanın müddəti uzadılıb

  • + A
  • - A
  • Dünən, 20:30

    Fransada etirazlar fonunda pirotexniki vasitələrin satışına qoyulan qadağanın müddəti uzadılıb


    Fransada şagirdlərin davam edən etirazları fonunda pirotexniki vasitələrin satışına və istifadəsinə qoyulan məhdudiyyətlər dekabrın 12-dək uzadılıb.

    Azadmedia.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.

    Qadağa materik Fransanın bütün ərazisini əhatə edir. Məhdudiyyətlər fişənglərin, pirotexniki batareyaların, Roma şamlarının, petardaların və minaatan mərmilərinin satışına və istifadəsinə şamil olunur.

    Qeyd edək ki, Fransada təhsil sistemi nümayəndələrinin və şagirdlərin etirazları sentyabrın sonundan davam edir. Etirazçılar məktəblərin yararsız vəziyyətdə olmasına, həddindən artıq dərs yükünə və bəzi fənlər üzrə müəllim çatışmazlığına etiraz olaraq təhsil müəssisələrinin fəaliyyətini bloklayırlar.

    Oktyabr ayında həmkarlar ittifaqları da aksiyalara qoşulublar. Onlar əməkhaqlarının artırılmasını və əlavə qənaət tədbirlərindən imtina edilməsini tələb edirlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR