AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaqub Eyyubovun qardaşı Xorvatiyada dördüncü şirkətini təsis edib

  • + A
  • - A
  • Bu gün, 21:52

    Yaqub Eyyubovun qardaşı Xorvatiyada dördüncü şirkətini təsis edib

    Baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı Yusif Eyyubov Xorvatiyada daha bir şirkət təsis edib. Beləliklə, onun bu ölkədə təsisində iştirak etdiyi şirkətlərin sayı ən azı dördə çatıb.

    Bu barədə araşdırmaçı-bloger Cavanşir Həsənli məlumat yayıb.

    Məlumata görə, Yusif Eyyubov 10 gün əvvəl Xorvatiyada VIA NOVA DEVELOPMENT d.o.o. adlı şirkəti qeydiyyatdan keçirib. Nizamnamə kapitalı 5 200 avro olan şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olacaq. Yeni şirkətin digər təsisçiləri Eldar Dadaşev və Aydın Əhmədovdur.

    Yusif Eyyubovun Xorvatiyadakı əvvəlki biznes fəaliyyətləri də diqqət çəkir.

    O, 2023-cü ilin sentyabrında Qurban Nağıyev (Gurban Naghiyev) və Ivica Libl ilə birlikdə 57 000 avro nizamnamə kapitalına malik KAMAYA CONCEPT d.o.o. şirkətini (ilkin adı VAL PELET d.o.o.) təsis edib. 14 mart 2025-ci ildə digər iki şərikin şirkətdən ayrılmasından sonra Eyyubov şirkətin yeganə sahibinə çevrilib.

    Şirkətin fəaliyyət istiqamətlərinə ağac məmulatlarının istehsalı, tikinti, lift və eskalator sistemlərinin quraşdırılması və texniki xidməti daxildir. 2025-ci ildə şirkətin dövriyyəsi 546 741,95 avro, aktivləri isə 352 170 avro təşkil edib.

    Eyyubovun adı Xorvatiyada fəaliyyət göstərən PRIMA EXPORT d.o.o. şirkətinin də ilkin təsisçiləri arasında yer alıb. 12 mart 2021-ci il tarixli rəsmi məhkəmə sənədinə əsasən, şirkətin təsisçiləri Yusif Abdulla oğlu Eyyubov və onun biznes ortağı Bangwei Liu olub. Eyyubov eyni zamanda şirkətin ilk direktoru vəzifəsini tutub. Lakin hazırda onun adı şirkətin sahibləri sırasında görünmür.

    Yusif Eyyubovun Xorvatiyadakı biznes fəaliyyəti 2001-ci ildən başlayır. Həmin il o, Edin Todorovac ilə birlikdə MONTEVIDEO d.o.o. şirkətini təsis edib. Şirkətin paylarının 63 faizi Yusif Eyyubova, 37 faizi isə Edin Todorovaca məxsusdur.

    MONTEVIDEO d.o.o.-nun nizamnamə kapitalı 2 642 298,76 avro, 2025-ci il üzrə aktivləri isə 3 983 334 avro təşkil edib.

    Təqdim olunan reyestr məlumatlarına əsasən, Yusif Eyyubov son 25 il ərzində Xorvatiyada ən azı dörd şirkətin təsisində iştirak edib. Hazırda isə həmin şirkətlərdən üçündə sahib və ya şərik kimi iştirakı qeydə alınır.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR