AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yol polisi "qəza ocaqlarının" müəyyənləşdirilməsində süni intellektdən istifadə edir

  • + A
  • - A
  • Bu gün, 09:58

    Yol polisi "qəza ocaqlarının" müəyyənləşdirilməsində süni intellektdən istifadə edir

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yol hərəkətinin təşkilində və baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə rəqəmsal yeniliklər həyata keçirir.

    Bunu "İTV"in Pressinq verilişində "Report"un sualına cavabında BDYPİ-nin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis kapitanı Elvin Hacıyev deyib.

    O bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi olaraq daha çox yol-nəqliyyat hadisəsi baş verən ərazilər araşdırılır:

    "Bu ərazilər şərti olaraq "qəza ocaqları" adlandırılır. Həmin ərazilərdə yol-nəqliyyat hadisələrinin başvermə səbəbləri ətraflı araşdırılır, yol infrastrukturunun vəziyyəti, işıqlandırma səviyyəsi, eləcə də sürücülərin diqqətsizliyi və digər risk amilləri qiymətləndirilir. Bu prosesdə süni intellekt texnologiyalarından da istifadə olunur. Süni intellekt vasitəsilə yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı, qəza riskinin yüksək olduğu ərazilər müəyyənləşdirilərək qəza ocaqları kimi təsnif edilir. Əldə olunan təhlillərin nəticələrinə əsasən, həmin ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidmətin təşkili gücləndirilir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR