ABŞ hərbçiləri Oman körfəzində Amerika dəniz blokadasını yarmağa cəhd göstərdiyi iddia edilən ticarət gəmisini aviazərbə ilə sıradan çıxarıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, hadisə noyabrın 26-da baş verib.
Bildirilib ki, Pacific Archer adlı quru yük gəmisi İranın Bəndər-Abbas limanından yola düşüb. Palaunun bayrağı altında üzən gəminin ekipajı ABŞ hərbçilərinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, dəniz blokadasını yarmağa cəhd göstərib.
CENTCOM-un açıqlamasında qeyd olunub ki, ABŞ hərbi təyyarəsi gəmiyə zərbə endirərək onu hərəkətsiz vəziyyətə salıb.
Hadisə nəticəsində ekipaj üzvlərinin xəsarət almadığı bildirilir.
Qeyd edək ki, blokadanı yarmaq cəhdi ilə bağlı məlumat ABŞ tərəfinin rəsmi açıqlamasına əsaslanır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.