Astarada kütləvi zəhərlənmə olub, 15 nəfər xəstəxanaya yerləşdirilib, 2-nin vəziyyəti ağırdır - YENİLƏNİB
Sentyabrın 5-i saat 11:00-da müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə, 15 nəfər (9-u qadın, 6-sı kişi) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir.
18:00
Astarada kütləvi zəhərlənmə olub, 15-ə yaxın sakin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
"Report"un Cənub bürosunun məlumatına görə, onlardan 10 nəfəri tibb müəssisəsinin infeksion şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.