Bu gün günorta saatlarından başlayaraq Daşkəsən rayonuna leysan yağıb.
Nəticədə ucqar kəndlərdən biri olan Alaxançallı kəndinə sel gəlib, bir sıra fəsadlar törədib.
Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də fəsadlar baş verib.
Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.(Report)
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.