AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Florian Zenqstşmid: "Azərbaycanın sağlamlıq turizmi qlobal bazara inteqrasiya olunur"

  • + A
  • - A
  • Bu gün, 14:54

    Florian Zenqstşmid: "Azərbaycanın sağlamlıq turizmi qlobal bazara inteqrasiya olunur"


    Azərbaycanın sağlamlıq turizmi potensialı 1,4 trilyon ABŞ dollarına bərabər qlobal bazara inteqrasiya olunur.

    Bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildirib.

    Onun sözlərinə görə, dünyada ən sürətlə inkişaf edən turizm sahələrindən biri olan sağlamlıq turizminin həcmi 2030-cu ilə qədər 1,4 trilyon ABŞ dollarına çatacağı proqnozlaşdırılır: "Bu artımın təxminən 300 milyard dollarını tibbi turizm təşkil edəcək. Azərbaycan Dövlət Turizm Agentliyi isə ölkənin bu nəhəng bazardan pay alması üçün konkret planlarla çıxış edir".

    F. Zenqstşmid həmçinin tibbi turizmin inkişafı üçün prioritet tədbirləri açıqlayıb:

    "Əvvəlcə idarəetmə və tənzimləmə çərçivəsi formalaşdırılmalıdır. Qlobal akkreditasiya və səhiyyə standartlarının tətbiqi vacibdir. Növbəti mərhələdə sağlamlıq xidmətləri, ixtisaslaşmış nəqliyyat kimi yeni bizneslərə şərait yaradılacaq. Bu sahədə həm dövlət, həm də özəl investisiyalar üçün böyük imkanlar var".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR