AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü olub

  • + A
  • - A
  • Bu gün, 16:49

    Bakıda Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin görüşü olub


    Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə rusiyalı həmkarı Aleksey Overçuk arasında görüş keçirilib.

    Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

    Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

    2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10%-dən çox artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə də davam etdiyi və 8 ay ərzində qarşılıqlı ticarətin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artaraq 3 milyard 350 milyon dollar olduğu vurğulanıb.

    Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3% artıb. Bunun 10.4%-i avtomobil, 2%-i isə dəmiryolu daşımalarının payına düşür.

    Bu ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında 15% artım müşahidə olunub ki, bunun da 23%-i meyvə-tərəvəz məhsullarının payına düşür.

    Tərəflər investisiyalar, sənaye, nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələrdə həyata keçirilən birgə layihələrin gedişindən məmnunluq ifadə ediblər.

    Nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi kontekstində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirilib, dəhliz boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin və yük axınlarının davamlı artımının təmin edilməsinin önəmi vurğulanıb.

    Görüş zamanı həmçinin əməkdaşlığın mövcud potensialından səmərəli istifadə olunması, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

    Eyni zamanda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün əhəmiyyətinə toxunulub, aparılan danışıqların və qəbul edilən qərarların əməkdaşlığın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə region üçün faydalı olacağına əminlik ifadə olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR