AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nikol Paşinyan: Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır

  • + A
  • - A
  • Bu gün, 11:49

    Nikol Paşinyan: Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır

    Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır.

    "Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumundakı çıxışında deyib.

    O, Cənubi Qafqaz ölkələrinin birlikdə hərəkət sayəsində daha böyük fayda əldə edə biləcəklərini vurğulayıb:

    "Tarix göstərdi ki, birlikdə hərəkət etmədikdə yalnız itkilər yaşaya, hətta dövlətçiliyi itirə bilərik. Bu, mənim şəxsi qənaətimdir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı münasibətlərin mümkünlüyünü tam şəkildə başa düşmək üçün bu mövzu kifayət qədər müzakirə olunmayıb.

    Cənubi Qafqazı daha geniş kontekstdə görmək və başa düşmək lazımdır. Tarix onu da göstərir ki, uzunmüddətli münaqişələr və düşmənçiliklər olsa da, bizim – yəni Ermənistan və Azərbaycanın – vəziyyətində Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR