AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hövsan MİDA-2-də yenə boru partladı – ADSEA-nın məsuliyyətsizliyi və “qudalar idarəçiliyi”

  • + A
  • - A
  • Bu gün, 10:10

    Hövsan MİDA-2-də yenə boru partladı – ADSEA-nın məsuliyyətsizliyi və “qudalar idarəçiliyi”

    Jurnalist Azər Qismət sosial media hesabında Hövsan MİDA-2 yaşayış kompleksində növbəti dəfə su borusunun partlaması ilə bağlı video paylaşıb. Kadrlar acınacaqlı vəziyyəti əks etdirir – yollara axan tonlarla su, çökən asfalt və dağılan infrastruktur.

    Əslində bu hadisə təsadüfi deyil. Məsələ ondan ibarətdir ki, Hövsan MİDA-2 layihəsinin su ilə təmininə məsul olan agentlik – ADSEA – sistemli səhlənkarlıq və korrupsiya bataqlığında boğulur.

    Tikinti zamanı borular üçün qazılan xəndəklərin ətrafına mişar daşı hörülməli idi ki, kənar təsirlərə məruz qalmasın. Lakin bu qaydaya əməl edilməyib. Yeyinti və keyfiyyətsiz materialların istifadəsi nəticəsində boruların diametri normadan kiçik, davamlılığı isə sıfıra bərabər olub. Nəticə – ardıcıl boru partlamaları, israf olunan dövlət vəsaiti, zərər çəkən sakinlər.

    Ən acınacaqlısı isə odur ki, bu sahəyə rəhbərlik edən Zaur adlı məmur agentliyi ailə şirkətinə çevirib. O, qudalarını və qohumlarını vəzifələrə yerləşdirib, qərarları peşəkarlıq yox, ailə münasibətləri əsasında verir. Belə idarəetmə şəraitində nə keyfiyyətdən, nə məsuliyyətdən, nə də şəffaflıqdan danışmaq mümkündür.

    ADSEA-nın adı artıq "qudalar klanı” kimi hallanır. Layihələrdəki problemlər, yarımçıq görülən işlər, təhvil verildikdən bir neçə ay sonra sıradan çıxan boru və infrastruktur elementləri – bunların hamısı sistemli korrupsiya və qohumbazlıq idarəçiliyinin nəticəsidir.

    Sual olunur: Dövlət vəsaiti kimə etibar edilib? Niyə hər dəfə zərəri vətəndaş çəkir?
    Əgər belə davam edəcəksə, bu “ailə agentliyi”nin fəaliyyəti təkcə Hövsanla bitməyəcək – sabah ölkənin başqa bölgələrində də eyni mənzərə təkrarlanacaq.

    İctimai nəzarətin və medianın reaksiyası vacibdir. Azər Qismətin paylaşdığı kimi, bu məsələ yalnız bir borunun partlaması deyil – bir qurumda sistemin çürüməsini göstərir. Qudalar klanının rəhbəri reket jurnalisti özünə mirzə tutub media subyektlərinə 200 manatdan başlayan qiymətlərlə aylıq susmaq sədəqəsi verməklə problemi ört-basdır etməyə çalışsa da, sosial şəbəkələr onların arzularını ürəklərində qoyur.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR