Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, beş nəfər yaralanıb.
Bu barədə “Russian Today” Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən məlumat verib.
İlkin məlumata görə, hadisə yeddi yük maşınının və bir minik avtomobilinin iştirakı ilə baş verib. Toqquşmadan sonra bir neçə nəqliyyat vasitəsi alovlanıb və tamamilə yanıb. Ümumilikdə beş avtomobilin yanaraq yararsız hala düşdüyü bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.