AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Güclü külək əsəcək, leysan və qar yağacaq - XƏBƏRDARLIQ

  • + A
  • - A
  • 24-12-2025, 15:58

    Güclü külək əsəcək, leysan və qar yağacaq - XƏBƏRDARLIQ

    Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə dekabrın 25-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

    Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Balakən, Zaqatala, Qax, Şəki, Hacıqabul, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Tərtər, Gəncə, Gədəbəy, Göygöl, Qobustanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR