AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MM-in parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb

  • + A
  • - A
  • 24-02-2026, 11:47

    MM-in parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb

    Milli Məclisin parlamentlərarası əlaqələr üzrə yeni işçi qrupları yaradılıb.

    Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə İşçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

    Qərara əsasən, Milli Məclisin Keniya, Qambiya, Laos, Maldiv parlamentləri ilə işçi qrupları yaradılıb.

    Sənədə görə, Azərbaycan- Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Ramid Namazov, Azərbaycan - Qambiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Eyvaz Qurbanov, Azərbaycan - Laos parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülşən Paşayeva, Azərbaycan - Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri isə deputat Azər Allahverənov təyin edilib.

    Qərar layihəsində həmçinin vurğulanıb ki, Azərbaycan-Nepal parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Vasif Qafarov təyin edilir.

    Qeyd edək ki, daha öncə həmin işçi qrupuna Ramil Həsən rəhbərlik edirdi. 2025-ci il oktyabrın 15-də onun deputat səlahiyyətlərinə xitam verilib. İndiyə qədər sözügedən işçi qrupuna rəhbər təyin edilməmişdi.

    Qərar layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR