AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MM icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il uzadılmasını qəbul edib

  • + A
  • - A
  • Bu gün, 11:59

    MM icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqinin daha 1 il uzadılmasını qəbul edib

    Milli Məclis icbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləğinin ödənilməsinin 1 il uzadılmasını qəbul edib.

    Bununla bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirə edilib.

    Dəyişiklik layihəsinə əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsi ilə bağlı tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.

    Dəyişikliyə görə, sözügedən maddə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

    Xatırladaq ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.

    Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR