AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyevadan açıqlama: Yaxın Şərq yeni mərhələyə daxil olur - Lokal müharibədən regional qarşıdurmaya

  • + A
  • - A
  • 1-03-2026, 10:16

    Politoloq Ülkər Piriyevadan açıqlama: Yaxın Şərq yeni mərhələyə daxil olur - Lokal müharibədən regional qarşıdurmaya

    Politoloq Ülkər Piriyeva


    Bakı, 1 Mart — Azadmedia.az


    “Hazırda Yaxın Şərq yalnız İran–İsrail qarşıdurması deyil.
    Bu, eyni zamanda regionlararası və qlobal geosiyasi balansın yenidən formalaşmasıdır. Həmçinin İranın ali liderinin ölümü bu qarşıdurmanın məzmun və formalarını da dəyişdirə bilər.” Bu fikirləri Politoloq Ülkər Piriyeva Azadmedia.az-a olan açıqlamasında bildirib.


    “2026-cı ilin fevral–mart hadisələri artıq klassik İran–İsrail gərginliyi deyil. Bu, faktiki olaraq regional güc balansının yenidən qurulması mərhələsidir. Beynəlxalq media məlumatlarına əsasən, İran əleyhinə həyata keçirilən hərbi əməliyyatlardan sonra regionda qarşılıqlı raket və dron hücumları baş verib. Dubay Beynəlxalq Hava Limanında zədələnmə, Burj Al Arab hotelində partlayış və Körfəz regionunda ABŞ və müttəfiq obyektlərinə hücumlar qeydə alınıb.
    Bu hadisələr artıq göstərir ki, münaqişə artıq yalnız İsrail ərazisi ilə məhdudlaşmır və strateji logistika, enerji və maliyyə mərkəzlərini əhatə edir.”, deyə Politoloq Ü. Piriyeva qeyd edib.

    İRANIN STRATEJİ HESABINI NƏZƏRƏ ALSAQ:

    Politoloji baxımdan İranın strategiyası üç istiqamətdə izah oluna bilər:

    1. Psixoloji balansın dəyişdirilməsi - Müharibənin coğrafiyasını genişləndirməklə rəqiblərə mesaj verilməsi.
    2. ABŞ‑İsrail koalisiyasına iqtisadi təzyiq -Enerji və tranzit mərkəzlərinə risk yaradaraq qlobal bazarlara siqnal ötürülməsi.
    3. Daxili legitimliyin qorunması- Xarici təhdid fonunda daxili siyasi konsolidasiyanın gücləndirilməsi.

    XAMENEİNİN VƏFATI VƏ GÜC BALANSI

    Artıq rəsmi açıqlamalara və beynəlxalq mediada yayılan məlumatlara görə, İranın ali dini lideri Ayətullah Əli Xamenei vəfat edib və ölkədə matəm elan olunub. Bu hadisə İranın siyasi sistemində liderlik boşluğu yarada və hakimiyyət institutları daxilində yeni güc mübarizəsinə səbəb ola bilər.

    Bu, 1979-cu ildən formalaşmış siyasi model üçün ciddi sınaq mərhələsidir və regionun gələcək təhlükəsizlik arxitekturasına təsir göstərə bilər.


    İRAN İSRAİLİ BİRBAŞA VURACAQMI?

    Hazırkı dinamika göstərir ki, birbaşa zərbə ehtimalı yüksəlib, lakin bu, tammiqyaslı müharibə formatında deyil. Daha çox çoxvektorlu və mərhələli cavab strategiyası müşahidə olunur.

    İRƏVAN FAKTORU VƏ CƏNUBİ QAFQAZ

    Regionda İsrail istehsalı hərbi və texnoloji sistemlərin mövcudluğu ilə bağlı müxtəlif təhlükəsizlik hesabatları mövcuddur. Əgər İran İsrail infrastrukturu hesab etdiyi obyektləri üçüncü ölkələrdə hədəf seçərsə, bu, Cənubi Qafqazda təhlükəsizlik risklərini artıra bilər.

    Bu ssenari Azərbaycan üçün hava məkanı riski, sərhəd yaxınlığında hərbi eskalasiya və enerji marşrutlarının təhlükəsizliyi baxımından həssaslıq yarada bilər.

    AZƏRBAYCAN ÜÇÜN NƏTİCƏLƏR NƏ OLA BİLƏR..?

    Azərbaycan balanslı və praqmatik xarici siyasət kursu səbəbilə birbaşa tərəf deyil. Diplomatik neytrallıq və çoxtərəfli əməkdaşlıq mexanizmləri risklərin minimuma endirilməsi baxımından əsas faktordur.

    Yekun olaraq qeyd etmək olar ki, 2026-cı il Yaxın Şərqdə yeni geosiyasi mərhələnin başlanğıcı kimi tarixə düşə bilər. Region artıq lokal qarşıdurma mərhələsini keçərək daha geniş güc balansının yenidən formalaşması prosesinə daxil olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR