Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın Saratov vilayətindəki Engels aerodromunda "Tu-95MS" raketdaşıyıcısını vurub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz "Telegram" kanalında bildirib.
V.Zelenskinin sözlərinə görə, "Tu-95MS" təyyarələri Rusiya Silahlı Qüvvələri tərəfindən Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.