AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Raul Səfərov: Hərbi hazırlıq daim diqqətdə saxlanılmalıdır

  • + A
  • - A
  • Bu gün, 17:02

    Raul Səfərov: Hərbi hazırlıq daim diqqətdə saxlanılmalıdır

    Hərbi qüdrətin artırılması prioritet olaraq qalacaq

    Raul Səfərov: Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı bunu bir daha göstərdi

    “Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması və hərbi qüdrətimizin mütəmadi şəkildə gücləndirilməsi bundan sonra da prioritet məsələ olaraq qalacaq”.

    Bunu açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov bildirib.

    Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı ölkənin müdafiə və təhlükəsizlik məsələlərinə bundan sonra da xüsusi diqqət yetiriləcəyini göstərir.

    Ekspert qeyd edib ki, dövlət başçısının qurultaydakı çıxışı həm Azərbaycanda, həm də beynəlxalq ictimaiyyətdə diqqət çəkib:

    “Cənab Prezident çıxışında bir sıra mühüm məsələlərə, o cümlədən sülh və təhlükəsizlik məsələsinə toxundu. Dövlət başçısı xalqımızın hazırda sülh və təhlükəsizlik şəraitində yaşadığını qeyd etməklə yanaşı, hərbi baxımdan daim güclü olmağın vacibliyini vurğuladı.

    Prezident İlham Əliyev beynəlxalq hüququn ciddi sınaqlarla üzləşdiyi bir dövrdə güc amilinin əhəmiyyətinin daha da artdığını və dövlətlərin təhlükəsizliyinin bundan birbaşa asılı olduğunu bildirdi. Müzəffər Ali Baş Komandanın ‘biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək’ fikri də Azərbaycanın müdafiə və təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşdığını göstərir”.

    Raul Səfərov bildirib ki, Prezident İlham Əliyevin çıxışı hər bir Azərbaycan vətəndaşı qarşısında mühüm vəzifələr müəyyənləşdirir.



    “Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışı dövlətimizin mövcud və potensial risk və təhdidlərə qarşı siyasətinə bir daha aydınlıq gətirməklə yanaşı, hər bir Azərbaycan vətəndaşı qarşısında da ciddi öhdəliklər qoyur.

    Bu öhdəliklər sırasında milli maraqlarımızın bütün müstəvilərdə qorunması, Azərbaycanın mənafeyinə sədaqətin nümayiş etdirilməsi, ölkəmizə qarşı yönəlmiş təxribatların ifşasında fəal iştirak və Prezidentimizin, dövlətimizin ətrafında sıx birliyin qorunması xüsusi əhəmiyyət daşıyır.

    Unutmaq olmaz ki, milli həmrəylik və Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşmək ölkəmizin təhlükələrdən qorunmasının əsas amillərindəndir. Buna görə də birliyimizi bundan sonra da qoruyub saxlamalı, daha da gücləndirməli və istənilən hərbi təxribata qətiyyətlə cavab verməyə hazır olmalıyıq”, – deyə ekspert vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR