AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ŞAD XƏBƏR: Bu həftə sərin olacaq

  • + A
  • - A
  • 15-06-2020, 14:44

    ŞAD XƏBƏR: Bu həftə sərin olacaq

    Həftə ərzində gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin üstünlüyü gözlənilir. Küləyin maksimal sürəti 15-18 m/s, iyunun 16-da arabir 20-23 m/s olacaq. Bununla əlaqədar temperaturun aşağı enəcəyi, çoxillik normaya yaxın 30-33, həftənin sonunda 35 dərəcə isti olacağı gözlənilir.

    Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu Aran rayonlarında 34-39, dağlıq rayonlarda 22-27 dərəcə isti olacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR