AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əziz Həmvətənlərim, Qurban Bayramı münasibəti ilə sizləri təbrik edirəm

  • + A
  • - A
  • 31-07-2020, 19:00

    Əziz Həmvətənlərim, Qurban Bayramı münasibəti ilə sizləri təbrik edirəm

    Hər birinizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təb rik edir, dualarınızın və ibadətlərinizin qəbul olmasını Allahdan arzu edirəm.

    Qurban bayramı Həzrət İbrahimlə oğlu Həzrət İsmayılın timsalında inananların Allaha bağlılığının təcəssümü olmaqla yanaşı, insanların xeyirxahlıq və yardımlaşma duyğularına xitab etməsi ilə də ictimai inteqrasiyaya və vəhdətə töhfə verən bir bayramdır.
    Xalqımız qadağalara baxmayaraq, Sovet dövründə belə, Qurban bayramını qeyd etmişdir. Dini bayramlar, o cümlədən Qurban bayramı müstəqil ölkəmizdə hər il təntənəli şəkildə keçirilir. Təəssüflər olsun ki, builki Qurban bayramını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə, pandemiyanın qarşısının alınması ilə bağlı mübarizə tədbirləri çərçivəsində tətbiq olunmuş xüsusi karantin rejimində qeyd edirik. Bütün dünyanın əziyyət çəkdiyi və mübarizə apardığı koronavirus (COVID-19) xəstəliyinin törədəcəyi fəsadları nəzərə alaraq hər kəsi xüsusi karantin rejiminin qaydalarına və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə riayət etməyə səsləyirəm. Qurbanın kəsilməsi və bayramlaşma zamanı tətbiq olunan qaydalara riayət etsək biz və ətrafımız zərər görməz.
    Bu müqəddəs günlərdə Vətənimizin azadlığı və bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan hərbiçilərimizə, o cümlədən qətlə yetirilən dinc sakinlərə Allahdan rəhmət, ailələrinə səbr diləyir, qəhrəman qazilərmizə isə sağlamlıq arzulayıram.
    Gələn bayramı işğal altındakı torpaqlarımızda keçirmək diləyi ilə, Qurban bayramınız mübarək!

    Razi Nurullayev
    Millət vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR