AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İnananıram və əminəm ki, Paşinyanın rüsvayçı müsahibəsi torpaqlarımızın işğaldan azadedilmə psosesini daha da tezləşdirəcək

  • + A
  • - A
  • 15-08-2020, 22:26

    İnananıram və əminəm ki, Paşinyanın rüsvayçı müsahibəsi torpaqlarımızın işğaldan azadedilmə psosesini daha da tezləşdirəcək


    İqbal Məmmədov,
    Milli Məclisin deputatı


    Nikol Paşinyan növbəti dəfə qeyri-adekvat cavabları ilə erməniləri çətin duruma salıb. Bildiyimiz kimi Ermənistanın Baş naziri Nikol Paşinyan həmişə ermənipərəst mövqeyi ilə seçilən BBC-nin HARD Talk proqramına müsahibə verib. Paşinyanla müsahibəni jurnalist Stephen Sackur aparıb. Adətən BBC-nin HARD Talk proqramında qonaqlara maksimum tənqidi və çətin suallar verilir. Nikol Paşinyanın bu tənqidi və çətin suallar qarşısında aciz duruma düşməsi onun bundan xəbərsiz olmasına işarədir. Böhtan atmaqdan çəkinməyən Paşinyan utanmadan iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı "ilk hücumu etməkdə" ittiham edib. Paşinyanın qərəzli cavabından narazı qalan aparıcı digər sualı ilə onu daha çətin duruma salıb. Onun - Ancaq aydın olan odur ki, siz buna qədər vəziyyəti gərginləşdirən bir sıra təxribat xarakterli addımlar atmısınız. Məsələn, niyə ötən ilin avqustunda siz Stepanakertə (Xankəndi -red.) səfər edib çıxışınızda "Artsax Ermənistandır" demisiniz? Bu, açıq aşkar Azərbaycana qarşı təxribat idi, sualına
    Paşinyan cavab tapa bilməyib, utanmadan erməni xislətinə sadiq qalaraq ənənəvi tarixi yalana əl ataraq Dağlıq Qarabağda min illər boyu ermənilərin yaşadığını iddia edib.
    Paşinyan növbəti dəfə sualdan yayınaraq Azərbaycan 90-cı illərin əvvəllərində Qarabağda yaşayan ermənilərə qarşı etnik təmizləmə həyata keçirdiyini iddia edib. Dialoqu olduğu kimi yazıb, hər cümləsini saatlarla analiz etmək olar.
    Mən diqqəti aparıcının Dağlıq Qarabağa yol çəkilməsi məsələsilə də bağlı Paşinyana ünvanladığı suala yönəltmək istəyirəm: "Mən bilirəm ki, sizin hökumətiniz Ermənistandan Dağlıq Qarabağa yol çəkir. Bu yol Azərbaycan ərazisindən keçir. Brüsseldə olan və Qafqaz üzrə siyasətdə ixtisaslaşan bir sıra Avropa parlamentariləri bu plana baxıblar və onu beynəlxalq hüququn pozulması kimi dəyərləndiriblər. Bunun Qarabağın qanunsuz işğalının möhkəmləndirəcəyini bildiriblər. Siz bu yolun tikintisini dayandıracaqsınızmı?"
    Paşinyan isə suala cavab vermək əvəzinə bildirib ki, bu yolu Ermənistan hökuməti çəkmir.
    Maraqlıdır, bu yolu kim çəkir? Yaqin bu məsələ Milli Məclisin cari iclaslarında müzakirə olunacaq. Bütün dünyaya səs salan, Paşinyanı gülünc və çıxılmaz vəziyyətə salan bu proqram bir daha Azərbaycan torpaqlarının erməni işğalına məruz qalmasını bütün dünyaya bəyan etdi. Artıq əvvəlki dövr deyil. Cənab Prezidentin məqsədyönlü apardığı daxili və xarici siyasət nəticəsində dünyanın güc dövlətlərinin diqqəti Cənubi Qafqaza yönəlib. İnananıram və əminəm ki, Paşinyanın rüsvayçı müsahibəsi torpaqlarımızın işğaldan azadedilmə psosesini daha da tezləşdirəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR