AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: “Azərbaycan son bir ildə həm diplomatiyada, həm də informasiya savaşında Ermənistanı xeyli üstələyib”

  • + A
  • - A
  • 16-08-2020, 19:56

    Deputat: “Azərbaycan son bir ildə həm diplomatiyada, həm də informasiya savaşında Ermənistanı xeyli üstələyib”
    Paşinyan BBC telekanalının “ HARDtalk” verlişinin aparıcısına verdiyi müsahibədə bir daha iç üzünü ortaya qoydu. İngilis dilində səlis danışa bilməməsi, eləcə də siyasətçi kimi qeyri-peşəkarlığı onu daha da pis vəziyyətə saldı”.

    Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov Ermənistanın baş naziri N.Paşinyanın avqustun 14-də BBC telekanalının “ HARDtalk” verlişinin aparıcısı peşəkar jurnalist Stefen Sakurun kəskin və obyektiv sualları qarşısında aciz duruma düşdüyünü şərh edərkən deyib. Deputat bildirib ki, düşmən öz təcavüzkar siyasətindən imtina etmək fikrində deyil:

    “Ermənistanın ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlarda iştirakı yalnız imitasiya xarakteri daşıyır. Ermənistan işğalçılıq siyasətinə sadiqdir,yeni hərbi doktrinasını həyata keçirməkdə israrlıdır. Biz iyulun 12-də Ermənistanın növbəti təxribatının şahidi olduq. Eləcə də Ermənistanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat da bu niyyətin tərkib hissəsidir.Təxribatdan sonra-iyulun 17-dən avqustun 4-dək Rusiyadan Ermənistana 7 reyslə göndərilmiş 400 ton həcmində hərbi yük isə onun göstəricisidir ki,ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədr ölkələrdən bəziləri iştirakçısı olduqları vasitəçilik missiyasının tərəfsizlik mahiyyətinə lazımi diqqət yetirmirlər.Belə münasibət BMT Baş Assambleyasının 62/243 nömrəli qətnaməsinin və vasitəçilik missiyasının mahiyyətinə ziddir”.

    Məşhur Məmmədovun sözlərinə görə, indi hamımızın qarşısında duran əsas vəzifələrdən biri Ermənistanın bu məkrli planının qarşısını almaq və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaq istiqamətində imkanlarımızı tam səfərbər etməkdən ibarət olmalıdır:


    “Azərbaycan xüsusilə son bir ildə həm diplomatik cəbhədə, həm də informasiya savaşında Ermənistanı xeyli üstələməsi özümüzə inamı daha da artırır. Bu üstünlüyü biz 31 martda Ermənistanın Dağlıq Qarabağda səhnələşdirdiyi qondarma seçkilərə və 12 iyulda Tovuzda həyata keçirdiyi hərbi təxribata beynəlxalq ictimaiyyətin, ayrı-ayrı ölkələrin verdiyi reaksiyada, Azərbaycana verilən diplomatik və siyasi dəstəkdə də hiss etdik. Ona görə də Ermənistan öz mənfur niyyətlərindən əl çəkməlidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR