AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Söz var, musiqidir ruhun qidası...

  • + A
  • - A
  • 21-08-2020, 19:22


    Söz var, musiqidir ruhun qidası...

    ...Deyilənlərə görə repressiya illərində qaniçən Beriya törətdiyi vəhşiliklərdən özü də dəhşətə gələrmiş. Hətta, nifrət edərmiş özü-özünə! O, da nicat yolunu musiqidə tapar, xəlvət guşəyə çəkilib Şestakoviçin musiqi əsərlərini saatlarla dinləyib hıçqırtıyla ağlayarmış.

    Şeir – sənət məbədi sayılan şərqdə musiqi ilə müalicə ən qədim üsullardan biri olub. Müsiqinin yaranma tarixini dəqiq öyrənmək mümkün olmasa da, onun dünya svilizasiyası yaranandan mövcud olmasını söyləmək olar. Hələ musiqi alətlərinin olmadığı zamanlarda ağac parçalarını bir-birinə vurub ritmik səslər yaradan insanlar yallı gedir, musiqiyə olan təlabatlarını ödəyərmişlər. Zaman-zaman musiqi insanlar arasında ünsiyyət vasitəsinə çevrilib.

    Dünya musiqi elminin dahilərindən biri, məşhur təbib Əbu Əli ibn Sina əsərlərində göstərirdi ki, musiqi ürək fəaliyyətini yaxşılaşdırır. “Şəfa” və “Nicat kitabı” əsərlərində insanların həm fiziki, həm də mənəvi varlığının mualicə yollarını göstərən alimin muğam şöbələrinin nizama salınmasında əvəzsiz xidmətləri danılmazdır. Ərəb tababətinin ruhu sayılan Moisey Maymond (1136-1204) bir çox xəstəliklərin musiqi ilə sağalmasının mümkünlüyünü subut etmişdir. Musiqi müalicələri qədim Çində, Misirdə, Hindistan və Yunanstanda geniş yayılmışdır.

    Musiqi elminin inkişafında və not sisteminin yaradılmasında qədim Babil maqlarından dərs almış, bir çox elmləri bilən yunanlı Pifaqor müstəsna xidmət göstərmişdir. Yeddi səyyarənin adı ilə tanınan bu notlar belə adlanır: 1.mi- ay, 2.fa –merkuri, 3 sol- venera 4. Lya – günəş 5 si- mars. 6.do- yupiter. 7. Re-saturn.

    Insan ruhuna qida verən neçə-neçə gözəl musiqi əsərləri- simfoniyalar, romanslar, rpsodiyalar, fntaziyalar və s. Yığcam şəkildə yazılmış bu notların sayəsində araya-ərsəyə gəlir. 7 səyyarənin adını əks etdirən bu notlar barədə heç bir təsəvvürə malik olmayan adam belə İLAHİ qismətimiz olan muğamları dinləyəndə səmavilik duyur. Sanki hər muğam dil açıb ayrı bir aləmdən soraq verir. Keçmişdən üzü bəri tariximizin yol yoldaşı, xalqımızın qəlb sirdaşıdı muğamlar.

    Ana doğma balasına layla çaldığı kimi, nənə-baba ocaq dibində nəvəsinə şirin-şirin nağıl danışdığı kimi muğamlar da “dil açıb” danışır bizimlə. Qəlbə təsəlli, duyğulara qol-qanad verən musiqi səsi Səməd Vurğun demişkən, vəhşini belə ram edir.

    Mənbələrdə musiqi alətlərinin səsinin vücuda müsbət təsirindən bəhs olunur. Məsələn, udun səsi baş ağrısı və mеlanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir...

    Musiqiyə yüksək qiymət verən Platon, Aristotel, Plutrax kimi dahi filosoflar bizim eradan əvvəl insan psixologiyasında musiqinin rolunu öz əsərlərində qeyd etmişdilər.

    Mənşəcə Azərbaycan türklərindən olan Əbdülmömin Səfiəddin Urməvi “Ruhun sevinci” kitabında musiqidən müalicə üsuli kimi istifadə edilməsindən də bəhs olunur.

    XVII-XVIII əsrlərdə musiqi ilə mualicə xəstəxaları açıldı. Adətən, musiqi ilə seans aparılan otaqlar göy, yaşıl rəngdə seçilirdi. Xəstəyə təlqin edilirdi ki, musiqi səsini eşidən kimi bədəninin bütün əzələləri boşalacaq, əsəbləri sakitləşəcək, göz qapaqları yumulacaq, tezliklə şirin yuxu onu ağuşuna alacaq və s. Musuqinin düzgün seçilməsi və ona ahəstə, həzin səsdə qulaq asanda daha faydalı olur.

    Peşəkar,ifaçılıq məharəti ilə çalınan musiqidən aldığı zövq insanı yaşamağa çağırır, sabaha ümidlərini artırır. Bir sözlə, onun qəlbinə rahatlıq bəxş edir... Sevinc, toxtaqlıq, vüsal, şirin xəyallar, ülvilik, ilahi ruzidir musiqi! Musiqi əhli –“hal əhli” olur. Onlarla həmsöhbət olmaq da adama zövq verir.

    Musiqinin, poeziyanın, muğamın taxt qurduğuğu insanın qəlbinə naqislik yol tapa biməz. Musiqi zalım, qəddar adamların ürəyinə belə rəhm toxumu səpir. Daha çox da klassik musiqi.

    ...Deyilənlərə görə repressiya illərində qaniçən Beriya törətdiyi vəhşiliklərdən özü də dəhşətə gələrmiş. Hətta, nifrət edərmiş özü-özünə! O, da nicat yolunu musiqidə tapar, xəlvət guşəyə çəkilib Şestakoviçin musiqi əsərlərini saatlarla dinləyib hıçqırtıyla ağlayarmış.

    Avropa kilsələrində arqan musiqisini insanlar kollektiv şəkildə dinləyirlər. Mən ötən əsrin 80-ci illərində Riqa şəhərindəki müqəddəs Pjotr kilsəsində arqan musiqisinə qulaq asan yüzlərlə insan görmüşəm. Sanki bu musiqi alətindən çıxan ecazkar səslər adamı orta əsrlər dünyasına aparır. Bir anlıq indiki aləmdən uzaqlaşırsan. Musiqini duyan insanlar sülhsevər olur. Musiqi həm də müxtəlif millətlərin qarşılıqlı anlaşmasını təmin edən universal bir “dildir”.

    Ötən əsrn 60-cı illərində respublikamızda musiqi ilə müalicənin əhəmiyyətən söz açan tibb elmləri namizədi Mirkazım Aslanlının həm də musiqi təhsili vardı. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun tələbəsi olmuş alim fizioterepevt və kurortoloq kimi tanınmış, həm də şeir yazıb, musiqi bəstələmişdir. Azərbaycan radiosunun qızıl fondunda öz ifasında “Aşiqin son nəğməsi” , “Muğam-bayatı”, ''Uca dağlar'' ,“Sarı bülbül fantaziyası” və başqa əsərləri saxlanılır. Musiqinin əhəmiyyəti ilə bağlı şeirlərinin birində o yazırdı:

    Söz var: “Musiqidir ruhun qidası”

    Qəlbin məlhəmidir, eşqin sədası.

    Tutmaqla bolluca təkcə dərmana,

    Çıxarmaq xəstəni həkim bir yana.

    Ey həkim, olsaydım yerində sənin,

    Musiqi olardı adı nüsxəmin.

    Birinə yazardım mən “Şəbü Hicran”,

    Birinə yazardım, “Sevgili canan”.

    ...Birinə “humayun”, Şüştər ahəngi”,

    Birinə “Bayatı”, birinə “Cəngi”.

    Birinə yazardım sazda “Dilqəmi”,

    “Çoban bayartısı” könül həmdəmi.

    ...Dərdi əridərdim, mən qocaldardım,

    Xəstəmi çalğıyla tez sağaldardım...


    Mirkazım Aslanlının 70-80 il əvvəl qənaətə gəldiyi bu fikri müasir dövrdə musiqiyə qulaq asan xəstələrin üzərində araşdırmalar aparan dünya alimləri onun – yəni musiqinin reseptə əlavə olunması təklifini irəli sürürlər...


    Nurəddin Ədiloğlu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR