Metro iki günlük bağlanır - Diqqət!
Xüsusi karantin rejimi çərçivəsində həftəsonu Bakı metrosu sərnişindaşıma fəaliyyəti göstərməyəcək.
“Bakı Metropoliteni” QSC-dən Azadmedia.az -a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.2.5 bəndinə uyğun olaraq, sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək Bakı
Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.
www.AzadMedia.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR