AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

CƏMİYYƏTDƏ SİYASİ HƏMRƏYLİK CƏBHƏDƏ QƏLƏBƏNİN VACİB ŞƏRTİDİR

  • + A
  • - A
  • 5-10-2020, 16:15


    CƏMİYYƏTDƏ SİYASİ HƏMRƏYLİK CƏBHƏDƏ QƏLƏBƏNİN VACİB ŞƏRTİDİR
    Bu gün Azərbaycan tarixinin ən şanlı səhifələri yazılır. Ermənistanın 30 ilə yaxın bir dövrü əhatə edən hərbi təcavüzünə son qoymaq, işğal altında olan torpaqları azad etməklə ölkənin ərazi bütövlüyünü təmin etmək və Böyük Qələbəyə nail olmaq üçün ciddi addımlar atılır. Sentyabrın 27-dən başlayaraq erməni işğalçılarının növbəti təxribatına qarşı bütün cəbhə boyu uğurlu əks-hücum əməliyyatı həyata keçirən Ordumuz düşmənə layiqli cəza verir, xalqımıza sevinc və qürur hissi yaşadır.

    Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, bu gün yüksək döyüş hazırlığına görə dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşmış Azərbaycan Ordusu son bir neçə gün ərzində ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğala məruz qalmış əraziləri düşmən tapdağından azad edir, strateji yüksəkliklərdə üçrəngli dövlət bayrağımızı qaldırır. Hər gün cəbhə xəttindən gələn xoş xəbərlər hər birimizi qürurlandırır, əzəl torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamımızı artırır.

    Yüksək döyüş hazırlığına, möhkəm maddi-texniki bazaya malik olan Ordumuzun qüdrətini artıran və döyüş ruhunu yüksəldən ən başlıca amil onun xalqla birliyidir. Biz əminik ki, məhz sarsılmaz xalq-ordu-dövlət birliyi Azərbaycanın mənfur düşmən üzərində tam və qəti qələbəsini təmin edəcəkdir.

    Bu gün cəmiyyətdə hökm sürəm milli həmrəylik, xalqla iqtidarın birliyi ölkənin siyasi həyatına da güclü təsir göstərməkdədir. Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların Ermənistanın genişmiqyaslı təxribatına dair birgə bəyanatı Azərbaycanda siyasi həmrəyliyin parlaq təcəssümüdür. Bu bəyanat həm xalqın, həm də ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin yanında olduğunu, ölkədə sağlam siyasi dialoqun mövcudluğunu sübuta yetirməklə yanaşı, Azərbaycan

    hüdudlarında siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına möhkəm zəmin yaradır.

    Çox təəssüf ki, özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası milli həmrəylik nümayiş etdirə bilmədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların qeyri-səmimi olduqlarını, dövlətimizin və xalqımızın çətin və şərəfli günündə birlik və bərabərlik kimi milli çağırışlara məhəl qoymadıqlarını, Vətən müharibəsinə tam etinasız qaldıqlarını sübuta yetirir.

    Ermənistanın işğalçı siyasətinə qəti etirazla çıxış edən siyasi partiyaların birgə bəyanatına imza atmamaq təkcə susmaq deyil, həm də beynəlxalq riyakarlığı dəstəkləməkdir. Haqq və ədalət uğrunda savaşda xalqın iqtidar və müxalifət cəbhələrinə bölünməsi qətiyyən yolverilməzdir. Dövlətimizin ədalətli mövqeyi milli maraqlar naminə yalnız bir cəbhədə vahid qüvvə kimi çıxış etməyi, yeganə məqsəd uğrunda döyüşməyi tələb edir. Unutmaq olmaz ki, düşmən üzərində Qələbəni yalnız milli birliyə və siyasi həmrəyliyə yüksək dəyər verən, dövlətinə və ordusuna güvənən xalq əldə edə bilər.

    Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə erməni faşizminə qarşı qanlı savaşda öz qüdrətli ordusuna güvənir və tam əmindir ki, yaxın zamanlarda üçrəngli bayrağımız illərlə həsrətində olduğumuz Qarabağda və ətraf ərazilərdə əbədi dalğalanacaqdır.

    Ruhiyyə Məmmədova,

    “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR