AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Macarıstanda fəaliyyət göstərən Azərbaycan icması dünya birliyinə müraciət edib

  • + A
  • - A
  • 13-10-2020, 15:27

    AzadMedia.az xəbər verir ki, Macarıstanda fəaliyyət göstərən Azərbaycan icması dünya ictimayyətinin diqqətini işğalçı Ermənistanın müstəqil Azərbaycan dövlətinə qarşi 27 illik işğalçılıq və təcavüzkar siyasətinə yönəldib.

    Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Macar-Azərbaycan Dostluq Birliyinin prezidenti Svetlana Abdullayeva, "Qardaşlıq" Macar-Azəri Birgə Dostluq Cəmiyyətinin rəhbəri David Əmirov və Macarıstan-Azərbaycan Gənclər Birliyinin sədri İbrahim Səfərlinin imzaları ilə dünya birliyinə və beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonu indiyədək işğalda saxlaması yolverilməz hal və beynəlxalq hüquqa həqarət kimi qiymətləndirilib. Ermənistanın işğal olunmuş ərazilərdə milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə və hərbi cinayətlər törətdiyi, həmvətənlərimizin fundamental hüquqlarını, o cümlədən yaşamaq haqqını kobudcasına pozduğu nəzərə çatdırılıb.

    Qeyd edək ki, Soydaşlarımız dünya birliyini və beynəlxalq təşkilatları Azərbaycanın işğalda olan ərazilərini dərhal və qeyd-şərtsiz azad etməsi, beynəlxalq qanunlara uyğun davranması üçün Ermənistana təsir göstərməyə çağırıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR