AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İğdırdan Naxçıvan və Türkiyəni birləşdirən Dilucu sərhəd-keçid məntəqəsinə qədər... "Qarabağ Azərbaycandır!" şüarı...

  • + A
  • - A
  • 13-10-2020, 18:03

    İğdırdan Naxçıvan və Türkiyəni birləşdirən Dilucu sərhəd-keçid məntəqəsinə qədər... "Qarabağ Azərbaycandır!" şüarı...



    AzadMedia.az xəbər verir ki, Türkiyənin bütün bölgələrində Azərbaycana dəstək aksiyaları keçirilməkdədir. Maraqlı aksiyalardan birini İğdır Araz Açıq İdman və Kültür Klubları Dərnəyi və İğdır Velosiped Klubu üzvləri gerçəkləşdiriblər.

    Diasporla İş üzrə Dövlət Komitəsindən AzadMedia.az-a verilən məlumata görə, İdmançılar İğdırdan Naxçıvan və Türkiyəni birləşdirən Dilucu sərhəd-keçid məntəqəsinə qədər məsafəni (iki tərəfə ümumilikdə 180 km) velosipedlə qət ediblər. Dilucu sərhəd-keçid məntəqəsinə çatan yürüş iştirakçıları Həsrət körpüsü üzərində Türkiyənin və Azərbaycanın bayraqlarını açaraq "Azərbaycanın yanındayıq, Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər.

    Belə ki, Araz Açıq İdman və Mədəniyyət Klubu Başçısı Serpil Önal deyib ki, bütün dünya Azərbaycanın haqq işinin yanında olmalıdır: "Azərbaycan ermənilər tərəfindən işğal edilən torpaqlarını azad etməyin savaşını aparır. Bu haqlı davasında sonuna qədər Azərbaycanın yanındayıq. "Bir millət, iki dövlət" devizi və Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" ifadəsi qardaşlıq əlaqələrinin milli duyğularını ürəyimizdə hiss etdirir".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR