AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”

  • + A
  • - A
  • 13-07-2020, 16:56

    Mehriban Əliyeva: “Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir!”


    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesabında cəbhədəki vəziyyətlə bağlı paylaşım edib.

    AzadMedia.az xəbər verir ki, paylaşımda deyilir:

    “Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq!

    Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm.

    Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR