AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sergey Lavrov Azərbaycan Prezidenti ilə görüşün nəticələrindən danışıb

  • + A
  • - A
  • 21-11-2020, 19:12


    Bakıda səfərdə olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Prezident İlham Əliyevlə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, görüş iştirakçıları Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaya alternativin olmadığını təsdiqləyiblər.

    Xəbəri “RİA Novosti” agentliyi yayıb.

    “Müzakirələrdə idarələrarası orqanların nümayəndə heyəti formatında və daha sonra kiçik formatda əlavə məsləhətləşmələr aparıldı. Əsas nəticə budur ki, Rusiya, Azərbaycan və Ermənistanın 9 noyabrda əldə etdiyi razılaşmanın aktuallığı və alternativsizliyini tamamilə təsdiqləyib”, - S.Lavrov jurnalistlərə bildirib.

    Rusiyalı diplomat əlavə edib ki, bu razılaşma qan tökülməsini dayandırdı və Dağlıq Qarabağ ətrafında vəziyyətin uzunmüddətli nizama salınmasının əsasını qoydu.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR