AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADBTİA -nın tələbəsi Elmin İsmayılov - "Gənclərimiz, cənab Prezidentin qayğısını hər daim hiss edir"

  • + A
  • - A
  • 20-12-2020, 21:46

    AzadMedia.az -da ADBTİA -nın tələbəsi Elmin İsmayılov - "Gənclərimiz, cənab Prezidentin qayğısını hər daim hiss edir" deyə bildirib.

    "Bu gün ölkəmizdə artıq 200-dən çox Gənclər təşkilatı fəaliyyət göstərməktədir. Eyni zamanda, Azərbaycan gəncliyi beynəlxalq arenalarda ən yüksək səviyyədə təmsil olunurlar. Nə qədər sevindirici və əhəmiyyətli haldır ki, Azərbaycan gəncləri illərdir, həmçinin 44 günlük şanlı Zəfər tariximiz ərəfəsində də, beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya çatdırırdı, eyni zamanda, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə çalışırdılar və ölkə rəhbərimiz cənab Ali Baş Komandanımız İlham Əliyevin öndərliyində olan güclü ordumuzun və güclü liderimizin düzgün və haqqa, ədalətə dayalı diplomatiyası sayəsində bugünki gənclik, qazandığımız parlaq qələbə tariximizi yaşayırlar və bu gün gənclərimiz böyük fəxarət hissi ilə qüdrətli Azərbaycanın və onun qazandığı Şanlı Zəfər tarixinin bir parçası olduqlarından qürur duymaqdadırlar. Azərbaycan gəncliyinin bir qismi də, beynəlxalq arenalarda, informasiya müharibəmizdə də, arxa cəbhənin böyük qəhrəmanları idilər. Nə qürurlu haldır ki, xalqımızın qəhrəmanlıq tarixini yazan Müzəffər Ordumuz da onlardır. Böyük Azərbaycan xalqının övladları - adlarını fəxrlə çəkdiyimiz 2783 şəhidimiz və qazilərimiz..
    Bəli, bugünkü gənclərimiz müasir və müstəqil Azərbaycan dövlətinin gəncləridir. Onların hamısı vətənpərvər və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etdiklərini əlbəttə ki, Qarabağ Zəfər tariximizi yazarkən bütün dünyaya göstərmiş oldular.
    ADBTİA -nın tələbəsi Elmin İsmayılov - "Gənclərimiz, cənab Prezidentin qayğısını hər daim hiss edir"
    Qeyd edim ki, Azərbaycan gəncliyi hər daim axtarışda olan, yeniliyi sevən, cəmiyyətimizin aparıcı qüvvəsidir. Əminliklə deyə bilərik ki, ölkəmizdə əsl vətənpərvər, Azərbaycançılıq ideologiyası ilə cənab prezidentimizin ətrafında bir yumruq kimi birləşən gənclik - sağlam gənclik, sağlam nəsil mövcuddur.
    Cənab Prezidentin məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə yüksək intellektual səviyyəyə və milli düşüncəyə malik gənclik formalaşır və gənclər siyasəti uğurla davam etdirilir. Ölkə gənclərimiz gündən-günə ölkənin ictimai-siyasi həyatında istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda daha böyük rol oynayırlar. Bu həm də, respublikamızda mövcud olan yüzlərlə gənclər təşkilatlarının aktiv fəaliyyəti, dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Sözsüz ki, dövlətimizin gənclərə verdiyi dəstək və göstərdiyi diqqət əsnasında, Azərbaycan gəncliyində öz gücünə, istedadına, intelektual səviyyəsinə inam hissi daha da artır. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrdə ölkəmizin bayrağını ən yüksək tribunalardan dalğalandırırlar.
    Ən önəmlisi isə, gənclərimiz işğaldan azad etdikləri Dağlıq Qarabağ torpaqlarımızda üç rəngli bayrağımızı dalğalandırdılar. Eşq olsun Azərbaycan Gənclərinə..
    Gəncliyin inkişafı ilə bağlı Respublikamızda Dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin tərəqqisinə qayğı göstərir və böyük töhfələr verir. Eləcə də, gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Bununla yanaşı, Azərbaycanın adını yüksəldən gənclərimiz, dövlət rəhbərliyimiz tərəfindən layiqincə dəyərləndirilir.
    Bu da cənab prezidentimizin gənclərin inkişafına göstərdiyi əhəmiyyətin bariz nümunəsidir.
    Biz gənclər, müasir və müstəqil Azərbaycan dövlətində yaşayırıq. Bu, hər birimiz üçün böyük bir xoşbəxtlikdir. Əlbəttə ki, hər bir vətənpərvər azərbaycanlı Gənc haqlı olaraq fəxr edir ki, o, müasir, müstəqil və bütöv Azərbaycan dövlətinin vətəndaşıdır.
    Var olun, Cənab Ali Baş Komandan və Müzəffər Ordumuz!
    Qarabağ Zəfərimiz Mübarək olsun!"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR