AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politoloq Ülkər Piriyeva – “Milli dirçəlişdən Milli tərəqqiyə doğru uzanan tarixi Zəfər yolu”

  • + A
  • - A
  • 17-11-2020, 05:02

    Politoloq Ülkər Piriyeva AzadMedia.az - da “Milli dirçəlişdən Milli tərəqqiyə doğru uzanan tarixi Zəfər yolu”muz haqqında danışıb.
    Tarix davam edir.. Və yaddaşına yeni-yeni qərəmanlıq səhifələri yazılır.
    Bəli, xalqımız üçün tarix salnaməsində, 17 noyabr azadlıq hərəkatı mühüm hadisə kimi həmişəlik qalacaq. Belə ki, hər il 17 noyabr respublikamızda Milli Dirçəliş günü kimi qeyd edilir. Əlbəttə ki, bu günün qeyd olunması, xalqımızın mənəvi haqqıdır. Hal-hazırda, müasir, müstəqil Azərbaycan dövlətimiz, azərbaycan dili adlanan vahid dilimiz var. Böyük fəxarət hissi ilə deyə bilərik ki, dövlətimizin beynəlxalq aləmdə nüfuzu artmışdır. Bir mənalı olaraq, qeyd etməliyəm ki, Ulu öndərimizin müəyyən etdiyi yolla gedən xalqı heç şübhəsiz ki, nurlu sabah, bolluq, firavanlıq, əmin-amanlıq gözləyirdi, bu gün, bu önəmli yolun missiyasını, Ulu Öndərimizin siyasi kursunun uğurlu davamçısı, Azərbaycan xalqının qəhrəman oğlu və lideri, Ali Baş Komandanımız cənab İlham Əliyev və I Vitse-prezidentimiz Xanım Mehriban Əliyeva müvəffəqiyyətlə davam etdirir.
    Azərbaycan dövlətinə inamla rəhbərlik edən Prezident İlham Əliyev, bu gün, ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti sözün əsl mənasında, daha da möhkəmləndirib, onun müstəqil siyasət yeritməsini təmin edib. Bu gün, Azərbaycan, müasir, müstəqil, dünyəvi, inkişaf edən bir ölkədir. Həqiqətəndə, xalq hərəkatının dalğası xalqın taleyi ilə oyun oynayan siyasət dəllallarını siyasət arenasından süpürüb atdı. 17 noyabr tarixi yenidən göstərdi ki, bu qədər ciddi cəhdlərə baxmayaraq, azad yaşamaq üçün mövcud olan milləti müstəmləkə boyunduruğu altında saxlamaq, qeyri mümkündür. Qüdrətli xalqımız, illərdir ki, Milli Dirçəliş gününü bayram kimi qeyd edir. Nəhayət, noyabrın 17-də təxminən iki yüz il davam edən, müstəmləkə imperiya sistemindən cana doymuş xalqımız ayağa qalxıb özünün azad yaşamaq hüququnun, haqqının olduğunu açıq şəkildə bəyan etdi Beləliklə, meydan hadisələri olaraq bilinən həmin tarixi gün, Azərbaycan xalqın milli oyanışının zirvəsi oldu. Bu günün qeyd edilməsi, məhz demokratiya və suverenliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Hər kəsə bəlli ki, məntiqin işığının olmadığı yerdə məğlubiyyət hökm sürər. Birmənalı olaraq, siyasət meydanında özlərini görənlər bu gerçəyi anlamalı, hakimiyyət hərisliyini, şəxsi fikirlərini artıq kənara qoyub müasir, müstəqil, dünya tarix salanaməsinə “Şanlı Qələbə Tarixi” yazmış dövlətimizin tərəqqisi, qüdrətlənməsi üçün çalışmalıdır. Biz bu gün, güclü siyasi liderimizin,əzmkar xalqımızın və cəsur ordumuzun birliyinin, Azərbaycançılıq ideologiyasının ətrafında sıx birləşməsinin sayəsində, 30 ildir mənfur düşmən tapdağı altında olan torpaqlarımızı azad elədik, azadlığına qovuşdurduq, artıq fəxrlə deyə bilərik ki, 1 milyon köçkünümüz doğma yurd-yuvalarına tezliklə qayıdacaq. Bu Zəfər tarixi hər şeydən öncə, Cənab Ali Baş Komandan, onun möhkəm siyasi iradəsinin, siyasət arenasında söz sahibi olmasının və Azərbaycan xalqının inamına qarşılıq olaraq verdiyi vədə birmənalı olaraq, qəhrəmanlıqla əməl etməsinin təntənəsidir. Var olun, Ali Baş Komandan!
    Əslində, bu taleyüklü məsələnin həlli yolunda, yeganə nicatımız Ulu Öndər Heydər Əliyevin davamçısı prezident İlham Əliyevin ətrafında sıx birləşmək olduğunu, xalqımız da tam şəkildə bilirdi və bu belədə oldu. Azərbaycan xalqı tarix səhnəsində yenidən öz sözünü dedi.. Dağlıq Qarabağ, işğaldan tam şəkildə azad olundu.. 30 illik həsrətə son qoyuldu!
    Artıq hər birimizə məlumdur ki, Milli Dirçəliş yolu milli birlik və milli həmrəylikdən keçir. Bir də əvvələ qayıdsaq, 17 noyabr hadisəsi sübut etdi ki, zəngin tarixi keçmişini, ümumbəşəri dəyərlərini öz mentalitetində əks etdirən Azərbaycan xalqının rahat və firavan yaşamağa haqqı var. Azərbaycan xalqı, keşməkeşli tarixi bir yol keçmiş olsa da, təbii ki, bütün bunların bir məqsədi, məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz, müstəqil Azərbaycan dövlətinin yaradılması idi.
    Bununla da, Ulu Öndər Heydər Əliyevin rəhbərliyində, öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr, xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır,
    Lakin, Ulu Öndər siyasi kursunun davamçısı XXI əsrin lideri cənab prezident İlham Əliyev, elə XXI əsri də xalqımızın taleyinə Zəfər tarixi olaraq yazdı..
    Bəli, tarix dönməzdir, məhz, 30 il sonra, 20 faiz torpaqlarını işğaldan azad edən bir xalqın Şanlı tarixində, hər anın öz qiyməti var.
    Gəlin, olanları, keçənləri, bitənləri unutmadan, Ali Baş Komandanımız, Cənab İlham Əliyevin öndərliyində Müzəffər Azərbaycan Ordusunun yenidən yazdığı Şanlı Zəfər Tariximizi əbədi olaraq qoruyaq!
    Əlbəttə qoruyaq, qoruyaq ki, bizdən sonrakı nəsillər öz tarixi keçmişi ilə fəxr etsinlər!
    Bu gün, hamımızın, qüdrətli və qəhrəman Azərbaycan xalqının bayramıdır!
    Milli Dirçəliş Günümüz mübarək!

    Politoloq Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR