AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

CAS Senegala Afrika Millətlər Kubokunun çempionu titulunu qaytardı

  • + A
  • - A
  • Bu gün, 18:42

    CAS Senegala Afrika Millətlər Kubokunun çempionu titulunu qaytardı

    İdman Arbitraj Məhkəməsi (CAS) futbol üzrə Afrika Millətlər Kubokunun qalibi kimi Seneqal millisini tanıyıb. Bu barədə “Mash na Sporte” məlumat yayıb.

    Yanvarın 18-də Rabatda keçirilən final matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Seneqalın qapısına penalti təyin edilib. Buna Braim Diasın cərimə meydançasında qayda pozuntusu ilə üzləşməsi səbəb olub. Etiraz əlaməti olaraq Seneqal millisinin futbolçuları meydanı tərk ediblər.

    13 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub. Lakin Dias penaltini dəqiq yerinə yetirə bilməyib. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda Pap Qeye qol vuraraq Seneqala qələbə qazandırıb.

    Martın 17-də Afrika Futbol Konfederasiyası (CAF) Seneqal millisinə texniki məğlubiyyət verib. Buna səbəb futbolçuların meydanı tərk etməsi və 10 dəqiqədən artıq müddətdə geri qayıtmaması olub. Nəticədə çempionluq titulu Mərakeş millisinə verilib.

    Seneqal daha əvvəl 2021-ci ildə keçirilən turnirin finalında Misirə qalib gələrək Afrika çempionu olmuşdu. Həmin qarşılaşmanın taleyi penaltilər seriyasında həll edilmişdi.

    Mərakeş millisi isə Afrika Millətlər Kubokunun qalibi adına 1976-cı ildə sahib olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR