AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Vüqar İskəndərov vətəndaş qəbulu keçirib - FOTO

  • + A
  • - A
  • 7-01-2021, 11:20


    Milli Məclisin deputatı Vüqar İskəndərov 2021-ci ildə ilk vətəndaş qəbulunu keçirib. Qəbul pandemiya şəraitində karantin qaydalarına uyğun şəkildə təşkil olunub. Ümumilikdə 17 nəfər görüşdə iştirak edib.

    Müraciətlər əsasən işlə təmin olunma, kommunal problemlər, təhsil məsələsi və s. ilə bağlı olub. Sakinlər şəhərlə bağlı da müəyyən təkiflər veriblər. Şəkida aparılan abadlıq quruculuq işlərinə dəstək məqsədi ilə səsləndirilən bəzi fikirləri deputat qeydə alıb və aidiyyatı şəxslərlə müzakirə edəcəyini bildirib. Səsləndirilən müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlər isə aidiyyatı üzrə yönləndirilib.

    Qeyd edək ki, deputat Vüqar İskəndərov növbəti aylarda da vətəndaşlarla qəbul və səyyar görüşlərini davam etdirəcək.







    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR