AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: "Ermənistan beynəlxalq hüququ kobud surətdə pozduğuna görə cəzalandırılmalıdır"

  • + A
  • - A
  • 6-04-2021, 15:27


    "Ermənistan tərəfinin minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməməklə 10 noyabr 2020-ci ildə  imzalanmış  təkcə sülh bəyanatının müddəalarını deyil, eyni zamanda beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq,   mülki insanlara qarşı növbəti beynəlxalq səviyyəli cinayət əməlini davam etdirməkdədir. Təəssüflər olsun ki, beynəlxalq aləm də son 30 ildə bu ölkənin işğalçılıq, insanlığa qarşı   hərbi cinayətlərinə göz yumduğu kimi, bu gündə Azərbaycana  qarşı mina siyasətini davam etdirərək beynəlxalq hüquq normalarını da, beynəlxalq birlik qarşısındakı öhdəliklərini də pozur”.

    Bunu "Azadmedia.Az"a açıqlamasında millət vəkili Ülvi Quliyev deyib.

    Millət vəkilinin sözlərinə görə, Ermənistan tərəfi beynəlxalq hüququ kobud surətdə pozaraq minalanmış ərazilərin xəritəsini verməməsi nəticəsində  dinc insanlar həyatını itirir. "Dinc  insanların ölümünə yol açmaqla  Ermənistan sülh  bəyanatından sonra belə, son 30 ildə azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətləri davam etdirdiyinin bariz nümunəsidir. Məsələ ilə bağlı Azərbaycan tərəfi müxtəlif beynəlxalq  təşkilatlar və ölkələr qarşısında qaldırsa da, təəssüflər olsun ki, nəticəsi olmayıb. Beynəlxalq aləm Ermənistanın beynəlxalq hüququ pozaraq dinc insanların günahsız yerə ölümünə səbəb  olan cinayətkar əməllərinə göz yummaqdadır.  Xəritənin  verilməməsi nəticəsində ərazilərin minalardan  təmizlənməsi, həmçinin məcburi köçkünlərin öz  ata yurdlarına  qayıdışı prosesi  də yubanır"- millət vəkili qeyd edib.

     Millət vəkili hesab edir ki, beynəlxalq aləm məsələyə ciddi yanaşıb, Ermənistana təzyiq edərək tez bir zamanda minalanmış ərazilərin Azərbaycana verilməsini təkid etməlidir: " Beynəlxalq aləm bu məsələdə öz töhfəsini verərək,  heç olmasa  mina təhlükəsinin aradan qaldırılmasında öz xüsusi rolunu oynamalıdır”.

    Deputat onu da əlavə edib ki, beynəlxalq hüquqa əsasən Ermənistan bunu Azərbaycana verməlidir: "Ermənistanın xəritəni verməməsinin bir neçə səbəbi ola bilər. Birincisi,  təcavüzkar Ermənistan Azərbaycan torpaqlarını işğal edərkən əraziləri necə gəldi minalayıb və onda belə bir xəritə yoxdur. Yəni ərazilər necə gəldi minalanıb. Artıq  ANAMA-da  ərazilərin necə gəldi minalanması ilə  bağlı fikirlər səsləndirib. Bu da beynəlxalq konvensiyaların tələbinə ziddir və beynəlxalq hüquq pozuntusu olduğundan, Ermənistan bu əməlinə görə, cəzalandırılmalıdır.
    İkincisi, Ermənistan  xəritəni qəsdən vermək istəmir. Bununla da Ermənistan yenə də Azərbayacan qarşı faşizm və soyqırım siyasətini  davam etdirdiyini beynəlxalq aləmə nümayiş etdirmiş olur. Ermənistanın bu addımı etnik təmizləmə siyasətinin  və dinc insanlara qarşı hərbi cinayətin  davamı kimi dəyərləndirilməlidir. Odur ki, beynəlxalq aləm məsləyə biganə yanaşmamalı və öz mövqeyini  ortaya qoymalıdır. Amma biz  beynəlxalq aləmdən  Azərbaycana qarşı tamamilə fərqli bir münasibətin, olmayan əsirlərin geri qaytarılması ilə bağlı absurd mövqeyin sərgiləndiyinin şahidi oluruq. Bu da  Azərbaycan insanında beynəlxalq aləmin beynəlxalq hüquqa  olan münasibəti çox acı təəssüf hissi doğurur".

     Millət vəkili onu da əlavə edib ki, belə olan şəraitdə insanlarımız daha ehtiyatlı olmalıdır: "Onlar  işğaldan azad olunmuş ərazilərə icazəsiz səfər etməkdən çəkinməlidirlər. Çünki belə səfərlər insanların həyatı bahasına başa gələ bilər. Necə ki, 44 günlük müharibədən sonra belə hadisələrin şahidi olmuşuq. Ərazilərə səfər edən şəxslər də diqqətli olmalı və qaydalara ciddi əməl etməlidirlər".

    Millət vəkili sonda onu da qeyd edib ki, Azərbaycan dövləti  bütün səyini ortaya qoymaqla maksimum dərəcədə əraziləri qısa zamanda minalardan təmizləyir: "Məqsəd qısa zamanda Böyük qayıdış prosesini təmin etməklə  insanlarımızın öz ata yurdlarına dönməsinə nail olmaqdır. Bununla bağlı cənab Prezidentin də  siyasi iradəsi ortadadır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR