AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı biznesmenin evinə qumbara atıldı - Həyat yoldaşı və özü...

  • + A
  • - A
  • 23-02-2022, 16:00

    Azərbaycanlı biznesmenin evinə qumbara atıldı - Həyat yoldaşı və özü...

    Gürcüstanın Laqodexi bələdiyyəsinin Qabal kəndində Camal Niyazovun evinin həyətinə əl qumbarası atılıb.

    AzadMedia.az "Report"a istinadən xəbər verir ki, C.Niyazov həyat yoldaşı ilə birgə evdə olsa da, xəsarət almayıblar.

    Hadisə nəticəsində evin divar və pəncərələri zədələnib. Hazırda şahidlər dindirilir, hadisə yerində istintaq tədbirləri həyata keçirilir.

    C.Niyazov iş adamıdır. O, Qabal kəndinin keçmiş səlahiyyətlisidir.

    Yerli mətbuatın yaydığı mlumata əsasən, C.Niyazovun oğlu Amil Niyazov 2021-ci ilin oktyabrında Qabalda analoji insidentdən sonra axtarışa verilib. O, Laqodexi bələdiyyəsinin üzvü olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR