AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qəzza uşaqlarının müalicəsi üçün 400 illik ailə malikanəsini satışa çıxardı

  • + A
  • - A
  • Bu gün, 08:31

    Qəzza uşaqlarının müalicəsi üçün 400 illik ailə malikanəsini satışa çıxardı

    İtaliyanın cənubundakı kiçik bir qəsəbədə yaşayan 75 yaşlı Eugenia Granito Qəzzada baş verənləri gördükdən sonra həyatının ən dəyərli miraslarından birini xeyriyyə məqsədilə satmağa qərar verib.

    O, ailəsindən miras qalan 400 illik tarixi malikanəsini satışa çıxararaq əldə olunacaq bütün gəliri müharibə nəticəsində yaralanan və zərər çəkən uşaqların müalicəsinə bağışlamaq istədiyini açıqlayıb.

    Granito bildirib ki, uşaqlıq və ailə xatirələri ilə bağlı olan bu tarixi evin satışından əldə ediləcək vəsait başqa uşaqların həyatına və gələcəyinə ümid verə bilər.

    Onun bu qərarı insanlıq, mərhəmət və həmrəylik naminə atılan mənalı addım kimi diqqət çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR