AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Hərbi polisin sabiq şöbə rəisi barəsində cinayət işi başlanıldı

  • + A
  • - A
  • 19-03-2022, 09:59

    Hərbi polisin sabiq şöbə rəisi barəsində cinayət işi başlanıldı


    Azərbaycanda yüksək vəzifəli hərbçiyə cinayət işi başlanılıb.

    AzadMedia.az “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Hərbi Polis bölmələrinin Bakı Qarnizonunun cinayət-axtarış şöbəsinin sabiq rəisi Feyzi Hüseynov rüşvət verməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 312.1-ci (xidməti vəzifəsinin icrası ilə əlaqədar vəzifəli şəxsə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması və ya verilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

    Polkovnik-leytenantla bağlı aparılan istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

    Məlumata görə, F.Hüseynov Vətən Müharibəsi dövründəki qeyri-adekvat davranışlarına görə xidmətdən uzaqlaşdırılıbmış.

    Qeyd edək ki, F.Hüseynovun adı bir neçə il öncə Azərbaycan ordusunun zabiti Xalid Şirəliyevin ölümündə hallanmışdı. Xidmət yerini tərk edən zabit Feyzi Hüseynov və əməkdaşları tərəfindən saxlanıldıqdan 3 gün sonra ölmüşdü. Ölən zabitin anası oğlunun bədənində zərbə izləri olduğunu, onun döyülərək öldürüldüyünü iddia etmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR