AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailin Təl-Əviv şəhərində terror - ölənlər var - SON DƏQİQƏ

  • + A
  • - A
  • 8-04-2022, 03:05

    İsrailin Təl-Əviv şəhərində terror - ölənlər var -

    İsrailin Təl-Əviv şəhərində silahlı hücum olub. İlk təsbitlərə görə, 3 nəfər ölüb, 16 nəfər yaralanıb, 6 nəfərin vəziyyəti ağırdır.

    Azadmedia.az - İsrail fövqəladə hallar xidmətinin "Qırmızı Davud Ulduz"un verdiyi açıqlamaya görə, şəhər mərkəzindəki Dizenqoff küçəsində baş verən silahlı hücumda ilkin məlumatlara görə ən az 6 nəfər ağır yaralanıb. Bölgəyə polis qrupları ilə yanaşı, təcili yardım maşınları da sövq edilib. Yaralılar xəstəxanaya çatdırılıb. İsrail polisindən verilən açıqlamada, "terror aktı olduğu ehtimal edilən hadisə ilə bağlı hücumçunun tapılması üçün bölgədə axtarış işlərinə başlanıldığı" bildirilib. Həmçinin açıqlamada vətəndaşlara ərazidən uzaq durmaq barədə də xəbərdarlıq edilib.

    Qeyd edək ki, Martın 22-29-da İsrailin müxtəlif şəhərlərində 3 ayrı hücumda ümumilikdə 11 israilli həyatını itirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR