
ABŞ-nin Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının iclası keçirilir. Azadmedia.az xəbər verir ki, toplantının əsas mövzusu Yaxın Şərqdəki vəziyyət, o cümlədən regionda davam edən müharibədir.
Belə ki, toplantı açıq debat formasındadır.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.