Yaponiya və Danimarka hökumətləri dekarbonizasiya məqsədilə dəniz külək enerjisi istehsalı sahəsində əməkdaşlıq memorandumu imzalayıblar. Azadmedia.az xarici KİV-lərə istinadla xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksenin paytaxt Tokioya səfəri zamanı Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Nişimura Yasutoşi ilə ikitərəfli əlaqələri müzakirə edib.
Belə ki, Yaponiya hökumətinin bəyanatına görə, Mette Frederiksen və Nişimura Yasutoşi görüş zamanı iki ölkə arasında dənizdə külək enerjisi istehsalı sahəsində texniki əməkdaşlığı ehtiva edən anlaşma memorandumu imzalayıblar.
Qeyd edək ki, bu çərçivədə dəniz külək enerjisi üçün AR-GE layihələrini təşviq edəcək Yaponiya və Danimarka akademik sahələrdə kadr mübadiləsi aparmağı hədəfləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.