Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-nin oktyabrın 26-27-də baş tutacaq sammiti çərçivəsində Rusiyanın müsadirə edilən aktivlərinin istifadəsi və Ukraynaya tədarüklərin artırılması imkanlarının müzakirəsini təklif edib.
Azadmedia.az xəbər verir ki, bu təklif Aİ liderlərinə ünvanlanan dəvətnamədə yer alıb. Belə ki, “Ukraynaya dəstəyimizi lazım olduğu qədər davam etdirəcəyik. Həmin dəstəyin müxtəlif aspektləri arasında hərbi yardımın sürətlənməsi və Rusiyanın aktivlərinin istifadə olunması planlarının reallaşması yollarının müzakirə edilməsini istərdim”, - dəvətnamədə Şarl Mişelin bu sözləri qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.