Hindistan Ermənistana yeni silah və sursat partiyası vermək imkanını öyrənir.
Azadmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ilk tədarük iki ölkə arasında 2022-ci ilin sentyabrında imzalanmış müqavilələr əsasında həyata keçirilib:
Qeyd edək ki, “Müqavilələrin dəyəri 20 milyard rupi (244,7 milyon dollar) təşkil edir. Müqaviləyə uyğun olaraq, Hindistan əvvəllər Ermənistana ilk dəfə xaricə satılan öz istehsalı olan “Pinaka” reaktiv yaylım atəşi sistemləri, həmçinin tank əleyhinə raketlər və döyüş sursatları göndərmişdi. Silahlar İran ərazisindən keçən nəqliyyat dəhlizi ilə çatdırılıb”, - deyə məlumatda deyilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.