Fələstinin BMT-dəki Daimi Nümayəndəsi Riyad Mənsur İsrailin Qəzzaya qarşı hücumlarında indiyədək 3 min uşaq və 1700 qadının öldürüldüyünü bildirib.
Azadmedia.az xəbər verir ki, Riyad Mənsur BMT Baş Assambleyasında "İsrailin işğalı altındakı Fələstin ərazilərindəki qeyri-qanuni fəaliyyətləri" ilə bağlı keçirilən Xüsusi Fövqəladə Sessiyada çıxış edib. Belə ki, İsrailin blokada altındakı Qəzza zolağına hücumlarının "vəhşilik və barbarca olduğunu və bu cinayətə son qoymasının vacibliyini dilə gətirən Mənsur "İsrailin Qəzzaya hücumlarında indiyə qədər 3 min uşaq, 1700 qadın həyatını itirdi. Dağıntılar altında 900-ü uşaq, 1600-ə yaxın fələstinli var və onların taleyi naməlum olaraq qalır" deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.