AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yunanıstanın Saloniki şəhərindəki Atatürk Evinin bağçasında Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə mərasim keçirilib - Serkan Gedik

  • + A
  • - A
  • 29-10-2023, 22:12

    Yunanıstanın Saloniki şəhərindəki Atatürk Evinin bağçasında Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə mərasim keçirilib -


    Yunanıstanın Saloniki şəhərindəki Atatürk Evinin bağçasında Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə mərasim keçirilib.

    Türkiyənin Saloniki Baş Konsulluğu tərəfindən təşkil edilən mərasimdə Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürk başda olmaqla bütün şəhidlər və qazilər bir dəqiqəlik sükutla yad edildikdən sonra İstiqlal Marşı oxunub.

    Mərasimdə çıxış edən Türkiyənin Saloniki baş konsulu Serkan Gedik deyib: “Bu xüsusi gündə Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün həyata gözlərini açdığı evdə onun mənəvi hüzurunda olmağın şərəfini və xoşbəxtliyini yaşayırıq.

    Atatürk Evini ziyarət edən gənclər və uşaqlar Cümhuriyyət şüurunun və Atatürk sevgisinin qürur mənbəyidir.

    Yaşadığımız bu ağır günlər Atatürkümüzün göstərdiyi istiqamətin, yəni “Yurtda sülh, dünyada sülh” siyasətinin nə qədər düzgün və uzaqgörən olduğunu göstərir”.

    Mərasim Türkiyədən gələn tələbələrin oxuduğu “Atatürk” uşaq himni ilə başa çatıb. TRT


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR