"Baş nazir kimi mənim beş illik təcrübəm ictimai xoşbəxtlik və faciələrlə doludur".
Bunu Ermənistanın Baş naziri Nikol 2024-cü ilin dövlət büdcəsi layihəsinin məşvərətçi müzakirəsi zamanı çıxışında deyib.
Baş nazir bildirib ki, bu təcrübə onu aşağıdakı konseptual mülahizəyə gətirib çıxarıb: "O təlimat belədir: Vətən dövlətdir, vətəni sevirsənsə, dövlətini gücləndir. Bu şüar o tezisdən irəli gəlir ki, müstəqilliyimizin 32 ili ərzində bizim əsas problemimiz dövlət və vətən mənafeləri arasında mövcud və davamlı olaraq artan gərginlik, vətən və dövlətin bəzən bir-birinə zidd olan cazibə istiqamətləri, dövlətlə vətən arasında seçim etməyin mümkünsüzlüyüdür".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.